Bu gün Kiyevdə Rusiya Silahlı Qüvvələrinin raket hücumu nəticəsində həlak olan 31 nəfər üçün matəm elan edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə UNİAN Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, bayraqlar yarıya endiriləcək və əyləncə tədbirləri qadağan ediləcək.

Raket hücumu nəticəsində ümumilikdə 117 nəfər yaralanıb.