Türkiyənin Kahramanmaraş bölgəsində daha bir zəlzələ qeydə alınıb.

İqtisadiyyat.az türk mediasına istinadən xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Məlumata görə, zəlzələ 5,3 bal gücündə baş verib.

Həmin zəlzələdən 4 dəqiqə sonra 4 bal gücündə daha bir yeraltı təkan qeydə alınıb.

Qeyd edək ki, bu gün səhər saatlarında da Kahramanmaraşın Onikişubat rayonunda təkanlar olmuşdu.