İsrailin silahlı Qüvvələri İordan çayının qərb sahili və Şərqi Qüdsün bir çox yerində fələstinliləri saxlamağa davam edir.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, İsrail qüvvələri bu dəfə də Şərqi Qüdsün İsaviyə qəsəbəsində 12 yaşlı Məhəmməd Yasir Dərviş, Qərb Sahilində isə 9-u Beytləhm, 4-ü Ramallah, 3-ü Cenin, Nablus və Kalkiyada 18 fələstinlini nəzarətə götürüb.

Qeyd edək ki, Şərqi Qüds və Şərqi Qüdsdə evlərə tez-tez basqın edən İsrail qüvvələri müxtəlif ittihamlarla fələstinliləri həbs edir. Basqınlara reaksiya verən Fələstin sakinləri ilə İsrail əsgərləri arasında insidentlər yaşanır.