"2042-ci ilə qədər elektrik enerjisi obyektlərinin baş planının layihəsi Rusiyada mövcud və tikilməkdə olanlara əlavə olaraq 11 yeni iri və kiçik atom elektrik stansiyasının tikintisini nəzərdə tutur".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə çərşənbə axşamı "Elektrik enerjisi obyektlərinin yerləşdirilməsinin 2042-ci ilə qədər baş sxemi" layihəsi ictimai müzakirəyə çıxarılıb.

Layihəyə əlavədə Rostov, Sverdlovsk, Çelyabinsk, Tomsk vilayətlərində, Primorsk, Krasnoyarsk və Xabarovsk ərazilərində, Çukotka Muxtar Dairəsində, Saxa Respublikasında (Yakutiya) yeni atom elektrik stansiyalarının tikiləcəyi bildirilir.