Səudiyyə Ərəbistanının suveren fondunun ümumi aktivləri ötən ay 925 milyard dollara çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə təşkilatın saytında dərc olunan maliyyə hesabatında deyilir.

Hesabata görə, 2023-cü ildə aktivlərin dəyəri 29% artaraq 765 milyard dollara çatıb.

Fond səhmdarlarının orta ümumi gəliri ildə 8,7% səviyyəsində müəyyən edilib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının suveren fondu dünyanın ən böyük suveren sərvət fondlarından biridir.

 

Gözəl Həşimova