İndoneziyanın Sulavesi adasında yağan güclü yağış nəticəsində qızıl mədənində baş verən sürüşmədə həyatını itirənlərin sayı 17-yə yüksəlib.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, hava şəraitinin yaxşılaşması ilə əlaqədar axtarış-xilasetmə qruplarının işləri sürətlənib.

Məlumata görə, təxminən 52 nəfər sürüşmədən xilas ola bilib. İtkin düşən 45 nəfər üçün axtarışlar davam edir.

 

Gözəl Həşimova