Türkiyədə ikinci əl avtomobil bazarında durğunluq davam edir.

İqtisadiyyat.az haberglobal-a istinadən bildirir ki, avtomobil satıcıları alıcılarının kredit əldə etməkdə çətinlik çəkdiklərini və bu səbəbdən də avtomobil satışlarının məhdud olduğunu bildiriblər.

"İkinci əl avtomobillərin qiymətində artım dayanıb, lakin ikinci əl avtomobil bazarlarında durğunluq yaşanır. İstanbulda ayda 10-15 maşın satan dilerlər indi 4-5 maşın satır."