Bu ilin I rübündə icbari dövlət sosial sığorta ayırmaları üzrə büdcəyə 895 mln. manatdan artıq vəsait daxil olub.

Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

Nazir bildirib ki, bu, nəzərdə tutulandan 107 mln. manatı üstələyib.

"Əlavə daxilolmanın 75,1 mln. manatı qeyri-büdcə təşkilatlarının payına düşür. Əmək bazarında şəffaflıq artır", - nazir qeyd edib.