Bu ilin I rübündə məcburi dövlət sosial sığorta ayırmaları üzrə büdcəyə 895 milyon manatdan artıq vəsait daxil olub.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

"Bu, nəzərdə tutulandan 107 milyon manat çoxdur. Əlavə daxilolmanın 75,1 milyon manatı qeyri-büdcə təşkilatlarının payına düşür. Əmək bazarında şəffaflıq artır”, - nazir qeyd edib.