İspaniyada yerləşən dünyaca məşhur İsveç geyim mağazası HM-in işçiləri maaş artımı tələblərinin yerinə yetirilməməsi səbəbiylə endirim mövsümünün ilk günündə tətilə çıxıb.

İqtisadiyyat.az "Bloomberg"ə istinadən xəbər verir ki, HM İspaniyasında 4 min mağaza işçisi tətilə çıxıb.

24 saat işdən çıxan HM işçiləri İspaniyada bağlı olan 100-dən çox mağazanın qarşısında etiraz aksiyası keçiriblər.