Bu gecə saatlarında Bakı-Qazax yolunun 16-cı kilometrliyində yol bir saat bağlı qalıb.

Buna səbəb ölkə ərazisində güclü küləyin əsməsidir.

Nəticədə “Gəncə Avtomobil Zavodu”na məxsus şirkətin dam örtüyünü qopub və magistral yola düşüb. 

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev oxu.az-a açıqlamasında bildirib ki, hadisə gecə saatlarında baş verib:

“Bakı-Qazax yolunda baş verən hadisədən sonra nəqliyyatın hərəkəti bərpa edilib. Hazırda həmin yolda avtomobillərin hərəkəti üçün heç bir maneə yoxdur”.