""FINCA Azerbaijan" aşağı gəlirli insanlara dəstək göstərməkdə davam edəcək".

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatının ölkədə 25 illik fəaliyyətinə həsr olunmuş mətbuat konfransında çıxış edən “FINCA Impact Finance” beynəlxalq şəbəkəsinin Baş Direktoru xanım Andre Simon bildirib.

"FINCA Impact Finance"in (FIF) qlobal missiyası haqqında danışan FIF-in direktoru xanım Andre Simonun sözlərinə görə, "FIF"in missiyası insanlara iş yerləri yaratmaqla, onların həyat səviyyəsini yüksəltməyə çalışmaqdır:

""FINCA Azerbaijan" komandasının 25 illik fəaliyyətində əsas hədəf aşağı gəlirli şəxslərin həyatını yaxşılaşdırmaq üçün innovativ və effektiv təsirə malik olan maliyyə xidmətlərini təqdim etməkdir".