"Yaxın dövrlərdə qabaqcıl rəqəmsal texnologiyalar vasitəsilə müştərilərlə daha sıx əlaqə yaradacağıq".

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatının ölkədə 25 illik fəaliyyətinə həsr olunmuş mətbuat konfransında çıxış edən "FINCA Azerbaijan"nın Baş Kommersiya rəhbəri Şəhriyar Osmanov bildirib.

Onun sözlərinə görə, təşkilat xidmət şəbəkəsini yeni filiallarla genişləndirir:


""FINCA Azerbaijan" mikrokreditlərə olan tələbatı ödəmək üçün  həm rəqəmsal, həm də ənənəvi metodlardan istifadə edir. Eyni zamanda bu gün ölkənin 25 strateji nöqtəsində yerləşən filiallarımızla 58-ə yaxın şəhər və rayonda müştərilərimizin ehtiyaclarını qarşılayan kredit məhsulları təklif edirik. Əməliyyatlarımızın 85%-i regionlarda həyata keçirilir. Yaxın dövrlərdə  qabaqcıl rəqəmsal texnologiyalar və filial şəbəkəmiz vasitəsilə mikrokreditlərə ehtiyacı olan insanlarla daha sıx əlaqə yaratmağa davam edəcəyik".

 Qeyd edək ki, “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatının bu gün keçirdiyi mətbuat konfransında  “FINCA Azerbaijan” təşkilatının Müşahidə Şurasının və İdarə Heyətinin üzvləri iştirak ediblər.