"Beynəlxalq humanitar hüquqdan danışanlar Ermənistan silahlı qüvvələrinin Laçın sərhəd-nəzarət buraxılış məntəqəsində törətdiyi hadisəyə münasibət bildirməlidir".

İqtisadiyyat.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Qasımlı parlamentin növbədənkənar sessiyası çərçivəsində iyunun 16-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.

O vurğulayıb ki, beynəlxalq təşkilatlar ipə-sapa yatmayan, uşaq bağçasında özünü narahat uşaq kimi aparan Ermənistana yerini göstərməlidir: “Baş verən hadisələrlə bağlı bütün məsuliyyət Ermənistan və havadarlarının üzərinə düşür”.