Bu səhər Ermənistan Silahlı Qüvvələrinin növbəti təxribatından sonra bəzi mənbələr Laçındakı nəzarət-buraxılış məntəqəsinin müvəqqəti olaraq bağlandığı və hərəkətin dayandırıldığı barədə məlumat yayıb. İqtisadiyyat.az "Caliber" platformasına istinadən xəbər verir ki, sözügedən məlumat qeyri-rəsmi şəkildə təsdiqini tapıb: "Baş verənlərlə bağlı ciddi araşdırma aparılmayınca və Ermənistan siyasi hakimiyyəti təxribata görə bütün məsuliyyəti öz üzərinə götürməyənə qədər hərəkətə icazə verilməyəcək" - deyə məlumatda qeyd olunur.