ABŞ-da benzin ehtiyatlarının azalması və dolların ucuzlaşması səbəbindən dünən son iki həftənin maksimumlarına çatdıqdan sonra neft bu gün də cüzi bahalaşıb.

İqtisadiyyat.az xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin dekabr fyuçersləri 0,25 % bahalaşaraq 1 bareli 95,93 ABŞ dollarına satılıb. WTI neftinin dekabr fyuçerslərinin qiyməti isə 0,22 % artaraq 1 bareli 88,1 ABŞ dolları təşkil edib.

Daha əvvəl ABŞ-ın Energetika Nazirliyi ötən həftə ölkədə neftin kommersiya ehtiyatlarının 2,59 milyon barel artdığını açıqlamışdı. Bundan başqa, ölkədə benzin ehtiyatları 1,48 milyon barel azalıb, distillyat ehtiyatları isə 170 min artıb.