Bu ilin yanvar-aprel aylarında Azərbaycanda əsas kapitala 4 580 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 21,1 % çox vəsait yönəldilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, son 1 ildə neft-qaz sektoruna investisiyalar 25,8 %, qeyri neft-qaz sektoruna investisiyalar isə 18,5 % artıb.

4 ay ərzində istifadə olunmuş vəsaitin 2 620,2 milyon manatı və yaxud 57,2 %-i məhsul istehsalı sahələrinə, 1 702,5 milyon manatı və yaxud 37,2 %-i xidmət sahələrinə, 257,3 milyon manatı və yaxud 5,6 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Hesabat dövründə əsas kapitala yönəldilmiş vəsaitlərin 3 344 milyon manatını və yaxud 73 %-ni daxili vəsaitlər təşkil edib, 3 252 milyon manatı və yaxud 71 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 47,1 %, büdcə vəsaitləri 36,7 %, əhalinin şəxsi vəsaitləri 6,8 %, bank kreditləri 3,7 %, sair vəsaitlər isə 5,7 % təşkil edib.