“Dərnəgülsənayetikinti” ASC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, yığıncağın iyunun 25-də keçirilməsi nəzərdə tutulub.

İclasın gündəliyi:

1. Səhmdar cəmiyyətin idarə heyətinin 2023-cü ilin yekunları ilə bağlı maliyyə-təsərrüfat fəaliyyətinin hesabatının müzakirəsi və təsdiqi.

2. Səhmdar cəmiyyətin idarə heyətinin sədrinin və üzvlərinin seçilməsi.

3. Müşahidə şurasının üzvlərinin seçilməsi.

4. Cəmiyyətin təftiş komissiyası üzvlərinin seçilməsi.

5. Cəmiyyətin nizamnaməsinin yeni redaksiyasının təsdiqi.

6. Sair məsələlər.