Daha üç şirkətin səhmdarları toplanır. 

İqtisadiyyat.az xəbər verir ki, bunlar "Bakı Ofset Kombinatı" АSС, “Loğman” ASC və “Kürdəmir Taxıl” АSС-dir. 

27 iyun 2024-cü il saat 10.00-da Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 4 nömrəli ünvanda “Bakı Ofset Kombinatı” ASC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək. 

Yığıncaqda 2023-cü il üzrə cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin müzakirəsi və təsdiqi və digər məsələlər müzakirə ediləcək. 

28 iyun 2024-cü il saat 11.00-da  “Loğman” ASC səhmdarlarının növbəti ümumi yığıncağı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Davud Aslan küçəsi 2F nömrəli ünvanda keçiriləcək.  Yığıncaqda ASC-nin 2023-cü il üçün maliyyə hesabatı və cari məsələlər müzakirə olunacaq. 

28 iyun 2024-cü il saat 11.00-da Kürdəmir şəhəri, Bakı prospekti 6 nömrəli ünvanda “Kürdəmir Taxıl” ASC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək. 

Yığıncaqda 2023-cü il üzrə cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin müzakirəsi və təsdiqi və digər məsələlər müzakirə ediləcək.