2023-cü ilin yanvar-may aylarında “Azəripək” MMC 1.1 milyon dollar dəyərində məhsul ixrac edib.

Bu barədə İqtisadiyyat.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təqdim etdiyi “İxrac icmalı”na istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin yanvar-may ayları ilə müqayisədə 15.4% və ya 200 min dollar azalıb.

Qeyd edək ki, 2022-ci ilin ilk 5 ayı ərzində “Azəripək” MMC 1.3 milyon dollar dəyərində məhsul ixrac edib.