Əlverişsiz hava şəraiti ilə bağlı bağlanan Hərbi Gürcüstan yolunda 700-dən çox avtomobil Rusiyadan Gürcüstana keçmək üçün gözləyir.

İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, ümumilikdə növbədə 600-dən çox ağır yük maşını və 100 sərnişin maşını var.

Məlumata görə, noyabrın 19-dan etibarən hava şəraitinin pisləşməsi ilə əlaqədar bu avtomobil yolu bütün nəqliyyat növlərinin hərəkəti üçün bağlanıb.

 

Gözəl Həşimova