İranda Ali Təhlükəsizlik Şurasının fövqəladə iclası keçirilir.

İqtisadiyyat.az IRNA-ya istinadən xəbər verir ki, iclasda HƏMAS lideri İsmayıl Haniyənin Tehranda qətli ilə bağlı məsələ müzakirə olunur.

Qeyd edək ki, HƏMAS-ın rəhbəri İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün İrana gəlib. Bu gün səhər saatlarında HƏMAS rəhbərinin Tehrandakı iqamətgahı raket atəşinə tutulub. Bildirilib ki, təkcə Haniyə deyil, onun mühafizəçilərindən biri də öldürülüb.