İranda Həmas lideri İsmayıl Haniyənin öldürülməsi Yaxın Şərqdə gərginliyi artırdıqdan sonra neft qiymətləri bahalaşıb.

İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin sentyabr müqaviləsində bir barelin qiyməti 1,17 dollar və ya 1,5% bahalaşaraq 79,80 dollara çatıb.

"WTI" markalı neftin sentyabr müqaviləsində bir barelin dəyəri isə 1,11 dollar artaraq 79,18 dollar olub.

 

Gözəl Həşimova