Paris-2024 Yay Olimpiya Oyunlarında bu gün daha 11 dəst medal sahibini tapacaq. Bununla da başa çatan proqramların ümumi sayı 56-ya çatacaq.

İqtisadiyyat.az xəbər verir ki, Azərbaycan millisi 5 yarışda təmsil olunacaq. Fərdi mübarizəyə qatılacaq 4 idmançımızla yanaşı, basketbolun 3×3 növü üzrə qadınlardan ibarət yığmamız növbəti matçını keçirəcək.

Millimiz kimi avarçəkən Diana Dımçenko və badmintonçu Edi Reski Dviçayo da növbəti sınağına çıxacaq. Cüdoçu Elcan Hacıyevlə triatlonçu Rostislav Pevtsovun Parisdəki çıxışı da bu günə təsadüf edəcək.

12:00. Cüdo, kişilər, 90 kq

1/16 final

Elcan Hacıyev – Mihael Zqanq (Türkiyə)

12:25. Akademik avarçəkmə, qadınlar, fərdi, 2000 m

C/D yarımfinalı

Diana Dımçenko

12:45. Triatlon, kişilər

Rostislav Pevtsov

18:30. Badminton, kişilər, fərdi

Qrup mərhələsi, III tur

Anders Antonsen (Danimarka) – Edi Reski Dviçayo

23:30. Basketbol 3×3, qadınlar

ABŞ – Azərbaycan