ABŞ dövlət katibi Entoni Blinken Almaniya xarici işlər naziri Annalena Berbok və Fransa xarici işlər naziri Katerine Kollona ilə görüşlər keçirib.

İqtisadiyyat.az xəbər verir ki, bu görüşlər Yaponiyada keçirilən G7 ölkələrinin XİN başçılarının toplantısı çərçivəsində baş tutub.

Bildirilib ki, Blinken Fransa və Almaniyadan olan həmkarları ilə Ukraynaya dəstək məsələsini müzakirə edib. Rəsmilər həmçinin Çinlə bağlı ortaq narahatlıqları müzakirə ediblər.