“Bitcoin”in dəyəri bir il ərzində 100 000 dollara çata bilər.

Bu barədə “Nexo” Kripto-kredit şirkətinin baş direktoru Entoni Trençev proqnoz verib.

Onun sözlərinə görə, ABŞ Federal Ehtiyat Sistemi pandemiya dövründəki genişmiqyaslı stimullaşdırma siyasətini dayandırmağa başladığı üçün “Bitcoin” əvvəlcə ənənəvi maliyyə bazarı ilə birlikdə ucuzlaşa bilər.

“Lakin son nəticədə səhmlərin “çökməsi” FES-i yumşaltmalara qayıtmağa məcbur edə bilər, bazarla yanaşı, riskli aktivlər, o cümlədən “Bitcoin” də yüksəlməyə başlayacaq. Dünyanın ən böyük kriptovalyutası 12 ay ərzində 100 000 dolları keçə bilər”, - deyə o bildirib.