Beynəlxalq kredit reytinq agentliyi Moody's, siyasi və iqtisadi risklərə görə Böyük Britaniyanın kredit reytinqinin proqnozunu aşağı salıb.
İqtisadiyyat.az xəbər verir ki,Beynəlxalq kredit reytinq agentliyi Moody's, Böyük Britaniyanın kreditini təsdiqləyərkən, siyasi və iqtisadi risklər səbəbiylə proqnozunu aşağıya doğru dəyişib. 

Moody's-in verdiyi açıqlamaya görə, ölkənin yerli və xarici valyutada uzunmüddətli reytinqləri "Aa3" olaraq təsdiqlənib.Moody's zəif artım perspektivləri, yüksək inflyasiya şəraitində siyasət strukturunda gözlənilməzliyin artması, yüksək borclanma və siyasətin etibarlılığının davamlı olaraq zəifləməsi riski səbəbindən kredit reytinqinin proqnozunu "stabil"dən "neqativ"ə endirib.

Moody's 2023-2024-cü illərdə artımın orta hesabla cəmi 0,3% olacağını və 2026-cı ilə qədər potensial 1,5% səviyyəsinə qayıtmayacağını proqnozlaşdırır.