Azərbaycanla Ukrayna arasında bu ilin yanvar-may aylarında ticarət dövriyyəsi 136,4 milyon dollar təşkil edib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 297,1 milyon dollar və ya 68,5% azdır.

Hesabat dövründə Ukraynadan Azərbaycana 101 milyon dollarlıq mal idxal olunub. Azərbaycan məhsullarının Ukraynaya ixracı isə 35,3 milyon dollar təşkil edib.

Əlavə edək ki, ötən ilin yanvar-may aylarında Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsinin dəyəri 433,5 milyon dollar təşkil edib.