Bu gün Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümü start götürəcək.

İqtisadiyyat.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq. Son çempion "Qarabağ" səfərdə "Araz-Naxçıvan" klubunun qonağı olacaq. 

1-ci turun digər qarşılaşmaları isə şənbə və bazar günü keçiriləcək.

Azərbaycan Premyer Liqası

1-ci tur

2 avqust

“Araz-Naxçıvan” – “Qarabağ”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev

“Liv Bona Dea Arena”, 20:00