Azərbaycan bu ilin yanvar-may ayları ərzində 28,7 milyon dollar dəyərində 5,3 min ton çay idxal edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Hesabat dövründə ölkənin çay idxalı xərcləri 2022-ci ilin eyni ayı ilə müqayisədə dəyər ifadəsində 1,1 milyon dollar azalıb.

Ölkənin bu ilin yanvar-may aylarında çay idxalının həcmi isə 2022-ci ilin eyni ayı ilə müqayisədə 12% azalıb.

Əlavə edək ki, bu dövrdə çay idxalı Azərbaycanın ümumi idxalının 0,42%-ni təşkil edib.