Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus “31 №li Yol İstismarı” MMC-nin direktoru Roman Əsgərov vəzifəsindən azad edilib.

İqtisadiyyat.az-ın məlumatına görə, şirkətə rəhbərlik Aqil Vəliyevə həvalə olunub.

Xatırladaq ki, “31 №li Yol İstismarı” şirkəti 2000-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,7 milyon manatdır.