İyulda avrozonada istehlak qiymətləri illik ifadədə 2,6% artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa İttifaqının statistika idarəsi (Eurostat) ilkin məlumatları açıqlayıb.

Beləliklə, inflyasiya iyun ayındakı 2,5% göstərici ilə müqayisədə daha da sürətlənib.

İyulda ərzaq və enerji xərcləri (CPI Core index) nəzərə alınmadan qiymət artımı 2,9% səviyyəsində qalıb. Mütəxəssislər baza inflyasiyanın 2,8%-ə qədər azalacağını gözləyirlər.

Avrozonada istehlak qiymətləri iyunda 0,2% artdıqdan sonra aylıq ifadədə dəyişməyib.

Avrozona ölkələri arasında ən yüksək inflyasiya Belçikada (illik ifadədə 5,5%), ən aşağı inflyasiya Finlandiyada (0,6%) qeydə alınıb. Almaniya və Fransada istehlak qiymətləri 2,6%, İtaliyada 1,7%, İspaniyada 2,9% artıb.

İyul inflyasiyası ilə bağlı yekun məlumatlar avqustun 20-də açıqlanacaq.

 

Sadiq Cavadov