Azərbaycana bu ilin yanvar-may aylarında 56 milyon ABŞ dolları dəyərində mebel və hissələri idxal olunub.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ölkənin idxal etdiyi mebel məhsullarının dəyəri 2022-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 16,8 milyon dollar çoxdur.

Hesabat dövründə bu kateqoriyadan olan məhsulların ölkənin ümumi idxalında xüsusi çəkisi 0,82% təşkil edib.