Azərbaycan hökuməti 2021-ci ildə beynəlxalq və kommersiya maliyyə-kredit təşkilatlarından 2 layihə üzrə 415 milyon dollar məbləğində kreditin cəlb olunmasını nəzərdə tutan kredit sazişləri imzalayıb.

Bu barədə hökumətin 2021-ci ilə dair hesabatında məlumat verilib.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycan ümumilikdə $150 milyon məbləğində 2 kredit sazişi imzalamışdı.

“2021-ci ildə 2 layihənin maliyyələşdirilməsi üçün 415 dollar milyon məbləğində kredit sazişləri (Dünya Bankı ilə Regional Yollar və İnkişaf Layihəsi üzrə 65 milyon dollar məbləğində və Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankı ilə COVID-19 infeksiyasının mənfi təsirlərinin azaldılması proqramı üzrə $350 milyon məbləğində) imzalanıb”, - deyə hesabatda qeyd olunur.

Ötən il Azərbaycan müxtəlif layihə və proqramların həyata keçirilməsi üçün 9,45 milyon dollar məbləğində qrant və texniki yardım alıb. 2020-ci ilin yekunları üzrə bu məbləğ 36,8 milyon dollar təşkil edib