Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri ölkənin müdafiə qabiliyyətini gücləndirmək üçün Gürcüstana göndərilməsi planlaşdırılan 30 milyon avronun dondurulması barədə qərar qəbul ediblər.

İqtisadiyyat.az xəbər verir ki, bunu Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski deyib.

“Aİ "Xarici agentlər haqqında" qanuna görə Gürcüstanın ittifaqa inteqrasiyası prosesini dayandırıb. Müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıqdan danışarkən, təəssüf ki, sizə bildirməliyəm ki, Aİ liderləri də bu vaxta qədər Avropa Sülh Fondu çərçivəsində Gürcüstanın Müdafiə Qüvvələrini dəstəkləmək üçün ayrılan vəsaiti dondurmaq qərarına gəliblər. Müdafiə Nazirliyinə köçürməyi planlaşdırdığımız 30 milyon avro pul dondurulub”, -  deyə o qeyd edib.

 

Gözəl Həşimova