ABŞ 2024-cü maliyyə ilinin sonuna kimi xaricə silah satışından 100 milyard dollardan çox gəlir əldə edə bilər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Bəyanata əsasən, hazırda ölkə xaricə silah satışından artıq 80 milyard dollardan çox gəlir əldə edib.

Müqayisə üçün qeyd edək ki, 2023-cü maliyyə ilində ABŞ silah satışından 66,2 milyard dollar, 2022-ci ildə isə 49,7 milyard dollar qazanıb.

Pentaqonun məlumatına görə, Vaşinqton 2022-ci ildə Ukraynanı silahla təchiz etməyə başladıqdan sonra dünyada Amerika silahlarına tələbat artıb.

 

Gözəl Həşimova