Rusiya Federasiyasının xarici ticarətinin müsbət saldosu bu ilin yanvar-iyun aylarında 16,21% artaraq 76,7 milyard dollara çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Gömrük Xidmətinin məlumatında deyilir.

Hesabat dövründə ölkənin ixracı 207,1 milyard dollar, idxalı isə 130,4 milyard dollar təşkil edib.

Bu dövrdə Avropa ölkələrinə ixrac 33,96% azalaraq 31,7 milyard dollar, bu ölkələrdən idxal isə 14,04% azalaraq 34,9 milyard dollar təşkil edib.

 

Gözəl Həşimova