"Serbiyadakı vəziyyətin təhlili bəd niyyətli qüvvələrin bu ölkədəki sabitliyi pozmaq cəhdlərinin yenidən baş verdiyini göstərir". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Dost Serbiyadakı mövcud vəziyyətin təhlili müəyyən bədxah qüvvələrin bu ölkədəki daxili siyasi vəziyyəti pozmaq üçün məlum dağıdıcı addımları aktivləşdirmək cəhdlərini göstərir", - Zaxarova qeyd edib.

Diplomatın fikrincə, vətəndaşların ətraf mühitlə bağlı tamamilə təbii narahatlığı, xüsusən də onların milli iqtisadiyyatın inkişafı və xalqın rifahının yaxşılaşdırılması maraqları naminə dağ-mədən layihələrinə tələbkar münasibəti hansısa psevdo-demokratik siyasətçilər tərəfindən istifadə edilir. 

Diplomat qeyd edib ki, söhbət Balkanlarda Qərbin "kvadrat demokratiya" ideoloqları və onların yerli əlaltıları tərəfindən dəfələrlə istifadə edilən bədnam sxemdən gedir: "İdeya yaxşı niyyət pərdəsi altında marionet media və QHT-lər vasitəsilə cəmiyyətdə neqativ emosiyaları qızışdırmaq və onları dövlət rəhbərliyinə qarşı yönəltmək, güc strukturlarına və vəziyyətə nəzarəti itirməsinə ümid etməkdir".