Dubay dövlət qulluqçuları üçün dörd günlük iş həftəsi tətbiq etməyi planlaşdırır.

İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, Dubay Hökumətinin İnsan Resursları Departamenti dörd günlük iş həftəsinin tətbiqi üçün pilot layihədə iştirak etmək məqsədilə 15 dövlət qurumunu seçib.

Bu qurumların işçiləri üçün iş günü 7 saata endirilir.

Eksperiment avqustun 12-dən sentyabrın 30-dək davam edəcək. Bu müddət ərzində pilot layihədə iştirak edən qurumların işçiləri tam maaş alacaqlar. Bu təşəbbüs yalnız dövlət qulluqçularına aiddir. Özəl sektor şirkətləri təcrübədə iştirak etmir.

 

Gözəl Həşimova