Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar 26 ölkə və səkkiz qurumdan ümumilikdə 99 beynəlxalq müşahidəçi qeydə alınıb.

İqtisadiyyat.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, seçkilərlə əlaqədar 14 506 yerli müşahidəçi qeydiyyatdan keçib: "Bu müşahidəçilərdən 5 477 nəfəri MSK-da, 9 029-ü isə dairə seçki komissiyalarında qeydiyyatdan keçib. Onların bütün seçki məntəqələrində müşahidə aparmaq imkanı olacaq".