Yaponiyada güclü zəlzələ baş verib.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, ölkədə bir neçə dəqiqə ərzində 2 güclü zəlzələ qeydə alınıb.

Belə ki, Miyazaki şəhərində baş verən 6,9 bal gücündə zəlzələdən sonra ölkənin qərb hissəsində 7,1 bal gücündə daha bir güclü yeraltı təkanlar baş verib.

Məlumata görə, güclü zəlzələlərin ardından Yaponiyada sürətli qatarların hərəkəti dayandırılıb. Eyni zamanda ölkənin cənub-qərbi üçün sunami xəbərdarlığı edilib.

Zərərçəkənlər və dağıntılar barədə hələlik məlumat verilməyib.