Dünya əhalisinin təqribən 476 milyonunu təşkil edən yerli xalqlar öz ata-baba yurdlarından didərgin düşmək və təhsil, səhiyyə və mənzil-məişət xidmətlərindən istifadə imkanlarının məhdud olmasının çətinliklərini yaşayırlar.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatı (BMT) 1994-cü ildə qəbul edilən "Dünya Yerli Xalqlar Günü" ilə bağlı məlumat yayıb.

Bildirilib ki, dünyanın bir çox yerlərində yerli icmalar ayrı-seçkiliyə məruz qalır.

Yerli xalqlar nəsillər boyu yaşadıqları torpaqlardan didərgin düşmək, eləcə də təhsil, səhiyyə və mənzil-məişət xidmətlərindən istifadə ilə bağlı problemlərlə üzləşirlər.

Məlumatda yerli əhalinin digər qruplara nisbətən həddindən artıq yoxsulluq, qida çatışmazlığı və köçkünlük şəraitində yaşama ehtimalının daha çox olduğuna diqqət çəkilir.

BMT-nin açıqlamasına görə, 90 ölkədən təxminən 476 milyon yerli əhali dünya əhalisinin təxminən 6 faizini təşkil edir. Öz adət-ənənələrinə önəm verən yerli əhalinin həyat tərzi inkişaf etməkdə olan dünyada təhlükələrlə üzləşir.

 

Gözəl Həşimova