"Hakimiyyət Ukraynanın Kursk vilayətində əməliyyat zamanı alman tanklarından istifadə etməsinə etiraz etmir". 

İqtisadiyyat.az xəbər verir ki, bunu Bundestaqın müdafiə komitəsinin rəhbəri Markus Faber bildirib. 

"Ukraynaya ötürülən silah Ukraynanın mülkünə çevrilir", - Faber "Funke Media Group"a müsahibəsində deyib.

O əlavə edib ki, bu, Ukrayna silahlı qüvvələrinin ötən ildən almağa başladığı Leopard 2 tanklarına da aiddir. Bundestaqın məlumatına görə, ümumilikdə 73 ədəd Leopard Kiyevə təhvil verilib ki, onlardan 55-i 1A5 modifikasiyası, 18-i isə 2A6 modifikasiyasıdır.

"Rusiya Ukraynaya hücum edəndə hər iki ölkənin ərazisi müharibə zonasına çevrildi. Silahdan istifadə isə beynəlxalq hüquqla tənzimlənir", - deyə Faber bildirib.