Pakistanın Fiskal Hesabat Məhkəməsi keçmiş Baş nazir və müxalif “Təhrik-e-İnsaf” partiyasının qurucusu İmran Xan və onun həyat yoldaşı Buşra Bibinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlətin hədiyyələrini mənimsəmək ittihamı ilə həbs müddətini 11 gün uzadıb.

İqtisadiyyat.az “The Express Tribune” qəzetinə istinadən xəbər verir ki, İslamabad məhkəməsinin iyulun 13-də qanunsuz nikah işi üzrə hökmü ləğv etməsindən sonra keçmiş baş nazir və onun həyat yoldaşının həbsi korrupsiya cinayətlərini araşdıran Milli Hesabat Bürosunun qərarı ilə həyata keçirilib.

Pakistanın keçmiş Baş naziri bu ilin əvvəlində məhkəmələrin çıxardığı iki mühakimə hökmündən sonra həbs cəzası alıb. Yanvarda siyasətçi dövlət sirri haqqında qanunu pozmaqda ittiham edilərək 10 il həbs cəzasına məhkum edilib. Eyni zamanda İmran Xan və onun həyat yoldaşı Büşra Bibi qeyri-qanuni nikaha girdikləri üçün 7 il həbs cəzası alıblar. Hər iki hökm daha sonra müxtəlif səviyyələrdə Pakistan məhkəmələri tərəfindən etibarsız elan edilib.

İmran Xan 2018-2022-ci illərdə Pakistan Nazirlər Kabinetinə rəhbərlik edib. Keçmiş hökumət başçısı 2022-ci il aprelin 10-da ona qarşı verilən etimadsızlıq səsverməsi nəticəsində vəzifəsindən kənarlaşdırılıb. Xanın dövlət sirlərini pozmaqda şübhəli bilinən istintaqı 2022-ci il martın 27-də Pakistanın Vaşinqtondakı səfirindən şifrəli teleqram aldığını açıq elan etdikdən sonra başlayıb. Siyasətçinin sözlərinə görə, ABŞ nümayəndələri ilə söhbət zamanı diplomatik missiyanın rəhbəri 2022-ci ilin fevralında Moskvaya səfəri zamanı nümayiş etdirdiyi Ukrayna ilə bağlı Rusiyayönlü mövqeyinə görə baş nazirin hakimiyyətdən kənarlaşdırılmasını tövsiyə edib. 

 

Sadiq Cavadov