Böyük Britaniyanın Müdafiə Nazirliyi hökumət büdcəsində boşluq aşkar etdikdən sonra hərbi xərcləri azaltmağı planlaşdırır.

İqtisadiyyat.az bu barədə “Financial Times”a istinadən xəbər verir .

Məlumata görə, Müdafiə Nazirliyi müdafiə sənayesi müəssisələrindən ölkədəki ağır maliyyə vəziyyəti ilə əlaqədar büdcənin azaldılmasının mümkün yolları haqqında hesabat təqdim etməyi xahiş edib.

Qeyd edək ki, hökumətin büdcəsinə maliyyə cəhətdən dayanıqlı olmayan 22 milyard funt sterlinq (28,3 milyard dollar) xərcin daxil olduğu müəyyən edilib.

 

Gözəl Həşimova