Hizbullah Livanın cənubundan İsrailin Qərbi Qalileydəki hərbi hədəflərinə doğru yer-yer raketləri atıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Al Mayadeen" telekanalı məlumat yayıb.

Məlumata görə, İsrail ordusunun hərbi bazalarının yerləşdiyi sərhəddən 9 km aralıda yerləşən Nahariya şəhəri ərazisində bir neçə partlayış səsi eşidilib. Biranit və Zaritdəki kazarmalara da hücumlar həyata keçirilib.

Qeşer Hezif, Mitsuva, Şlomi və Yaara yaşayış məntəqələrində hava hücumu sirenləri səslənib, raket hücumunun nəticələri barədə hələlik heç bir məlumat yoxdur.

Buna cavab olaraq İsrail Hərbi Hava Qüvvələri səmaya qalxaraq Rəşşaf, Hadassa, Hula və əl-Teyri yaşayış məntəqələrində silahlı birləşmələrin postlarına reydlər həyata keçirib.