ABŞ Polşaya NATO-nun şərq cinahı adlanan hissəsinin gücləndirilməsi məqsədilə hərbi ehtiyaclar üçün 2 milyard dollar kredit verəcək .

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Məlumata görə, ABŞ Polşa ilə birbaşa kredit müqaviləsi çərçivəsində ikinci 2 milyard dollarlıq hərbi krediti ayırıb.

Dövlət Departamenti qeyd edib ki, Polşa "F-35" döyüş təyyarələri, "Patriot" raket sistemləri və "Abrams" tanklarını əhatə edən böyük hərbi modernləşdirmə proqramı həyata keçirir.

 

Gözəl Həşimova