5 faizli güzəştli kreditlər hansı şərtlərlə verilir?

Sahibkarlığın İnkişafı Fondu sahibkarlara 5%-li güzəştli krediti aşağıdakı şərtlərlə təqdim edir:

- kiçikhəcmli kreditlər (5 000 manatdan 50 000 manatadək) 3 ilədək;

- ortahəcmli kreditlər (50 001 manatdan 1 000 000 manatadək) 5 ilədək ;

- böyükhəcmli kreditlər (1 000 001 manatdan 10 000 000 manatadək) 10 ilədək müddətə və illik faiz dərəcəsi 5%-dək olmaqla verilir.

Kreditlərdən istifadə üzrə güzəşt müddəti kreditin istifadə müddətinin ilk 1/2 dövrünü əhatə edə bilər. Güzəşt müddətində sahibkarlıq subyektləri yalnız faiz borclarını ödəyir, əsas borc üzrə isə hər hansı ödəniş həyata keçirmirlər.

Güzəştli kredit əldə etmək məqsədilə investisiya layihənizi və aidiyyəti sənədləri müvəkkil kredit təşkilatlarına (//edf.gov.az/az/content/31) təqdim edə bilərsiniz.