Tvitter reklam siyasətində dəyişiklik edib.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, İlon Maskın sahibi olduğu sosial şəbəkədə artıq ABŞ şirkətləri narkotik vasitələrin reklamını apara biləcəklər. 

Bildirilir ki, reklamlarda müəyyən məhdudiyyətlər mövcud olacaq. Reklam hədəfi olaraq isə yalnız ABŞ və Kanada göstərilə biləcək.

Bu kampaniya martın sonuna qədər davam edəcək.