Tikinti şirkəti dövlət qurumundan milyonluq – TENDER ALDI

İqtisadiyyat.Az Fins.az-a istinadən xəbər verir ki, “Meliorasiya və Su Təsərrüfatı” ASC Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti və “Avropa-Asiya İnşaat Korporasiyası Evrascon” ASC ilə müqavilə imzalayıb.

Müqavilənin predmeti Qusar rayonu ərazisində Qusar və Samur çaylarında sahilbərkitmə işləri (Samur çayı), Qəbələ rayonu ərazisində Türyançay, Bumçay, Tikanlıçay, Dəmiraparançay və digər çaylarda sahilbərkitmə işləri (Dəmiraparan çayı üzrə, II mərhələ) alınması üzrə olub.

Müqavilənin dəyəri 1 mln 193 min manat dəyərində təşkil olunub.